Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Svetlana Tixanovskaya Avropa ölkələrinin liderlərinə müraciət edib

Svetlana Tixanovskaya Avropa ölkələrinin liderlərini Belarusda keçirilmiş prezident seçkilərinin nəticəsini tanımamağa çağırıb.

Prezident seçkilərində hazırkı prezident Aleksandr Lukaşenkonun əsas rəqibi olan S. Tixanovskaya bu barədə özünün videomüraciətində bildirib.

“Mənim xalqım liderini seçmək üçün öz konstitusional hüququ uğrunda mübarizə aparır. Avqustun 9-da keçirilən seçki şəffaf və ədalətli olmayıb. Nəticələr saxtalaşdırılıb”, - deyə S. Tixanovskaya qeyd edib.

S. Tixanovskaya vurğulayıb ki, Belarusun müxtəlif şəhərlərində öz səsini müdafiə edən xalqın nümayəndələri qəddarcasına döyülüb, həbs olunub, işgəncələrə məruz qalıb: “Yüzlərlə insan yaralanıb, ən azı iki nəfər həlak olub. Bütün bunlar Avropanın mərkəzində baş verir. Mən sizi bu saxta seçkiləri tanımamağa çağırıram. Lukaşenko xalqımız, həm də dünya qarşısında öz legitimliyini itirib. Ölkəmizdə hakimiyyətin sülh yolu ilə keçidini təmin etmək üçün mən Belarusun Milli Koordinasiya Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdim. Bu Şura dialoq və sülh yolu ilə hakimiyyət keçidini təmin edəcək. Daha sonra dərhal beynəlxalq nəzarət altında ədalətli və demokratik şəkildə yeni prezident seçkiləri keçiriləcək. Avropanın liderləri, mən sizi Belarusu dəstəkləməyə çağırıram. Bütün ölkələri beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağırıram. Mən hamını Belarusun suverenliyinə və Belarus xalqının seçiminə hörmət etməyə çağırıram”.(apa)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »