Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquqşünas "Aztelekom"u süni inhisarçılıqda ittiham edir

Hüquqşünas Qəzənfər Paşayev Aztelekomla məhkəmə çəkişməsi haqda Bizimyol.info saytına məktub göndərib.

Q.Paşayevin məktubunu dərc edirik:

"Hörmətli Redaksiya,

Bizim Aztelekomla olan məhkəmə işi ilə bağlı yenilikləri,detalları nəzərinizə çatdırmaq istəyirdim. Saytınızda paylaşsanız çox məmnun olarıq, ehtiyac olarsa geniş şəkildə müsahibə verməyə hazırıq.

Bildiyiniz kimi, Aztelekom tərəfindən edilən haqsız rəqabət, süni inhisarçılıq,müqavilə öhdəliklərinin pozulması məsələləri ilə bağlı Bakı Kommersiya və Sumqayıt Kommersiya məhkəmələrinə iddia ərizəsi ilə müraciət etsək də, iddia haqsız şəkildə təmin edilməmiş və həmin məhkəmələrin Qətnamələrindən müvafiq olaraq Bakı Apellyasiya və Sumqayıt Apellyasiya məhkəmələrinə şikayət ərizəsi ilə tərəfimizdən müraciət olunmuşdur. Çox təəssüflər olsun ki, kifayət qədər sübutlar, mötəbər dəlillər mövcud olmağına baxmayaraq Sumqayıt Apellyasiya məhkəməsi də iddiamızı əsassız, qanunsuz şəkildə təmin etmədi. AR Prezidentinin Məhkəmə islahatlarının dərinləşdirilməsi haqqında Fərmanı olmasına, dəfələrlə xarici investisiyanın qorunması,süni inhisarçılığın qarşısının alınması barədə çıxışları olmasına baxmayaraq, məhkəmələrin bu cür şəkildə davranmaları olduqca təəssüf doğurur. Aztelekomun süni inhisarçı olduğunu, haqsız rəqabət apardığını anlamaq üçün son 2 ildə müştəri sayına baxmaq kifayət edir.

Göründüyü kimi, 2018-ci ildə 300.000 internet istifadəçisi olan Aztelekom 2020-ci ildə artıq 700.000 müştəri sayına çatıb. Təbii ki, bu rəqəmləri Aztelekom özəl provayderlərin müştərilərini öz şəbəkələrinə keçirərək əldə edib. Həmçinin, son dövrlərdə Aztelekom MMC müştərilərini ələ keçirdiyi özəl provayderlərin avadanlıqlarından istifadə edərək həmin avadanlıqlarla müştərilərə internet xidməti həyata keçirir Yuxarıda qeyd etdiyim kimi, məhkəmə təqdim etdiyimiz sübutları çox təəssüf ki, düzgün şəkildə tədqiq etməyib. Həmin sübutların bəzilərini sizinlə paylaşırıq, xahiş edirəm məsələni ictimailəşdirməkdə bizə yardım edəsiniz. Sübutlardan görünür ki, Aztelekom haqsız rəqabət, süni inhisarçılıqla məşğuldur.

1)Müştərilərin oğurlanması barədə sübutlar 2) Süni qiymət artımı 5.90 AZN-dən-210 AZN.a qiymət artımı, köhnə və yeni müqavilələr arasında fərqlər 3) Gəncə şəhərindən 141 müştərinin şikayəti və 290 vətəndaşın Aztelekomun monopoliyası barədə petisiyası 4) Özbaşına Aztelekom şəbəkəsinə keçirilən Delta Telekom müştərilərinin şikayət ərizəsi 5) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin məhkəmədə qaldırdığımız iddianın haqlı olması barədə məhkəməyə verdiyi vəsatət. 6) Aztelekomun tabeliyində fəaliyyət göstərən Sumqayıt ATS-dən müqavilədən kənar ödənişin tələb olunması barədə məktub ( həmin müqavilədən kənar məbləğ ödənilmədiyi üçün abunəçilər günlərlə internetsiz qalmışdır) yalnız bizim müraciətimiz olduqdan sonra müqaviləyə uyğun qaimə göndərilmiş və abunəçilərin interneti bərpa olunmuşdur. Bu cür hallar Aztelekomun tabeliyindəki digər struktur bölmələrlə də təkrarlanmış, müqavilədən kənar əsassız ödənişlər tələb olunmuş, ödənilmədiyi üçün Avirtel abunəçiləri internetsiz qalmışlar və Avirtelə qarşı haqlı narazılıq yaranmışdır.

Aztelekomun son illərdə yol verdiyi süni inhisarçılıq əməlləri barədə vətəndaşların sosial şəbəkələrdə çoxsaylı şikayətləri mövcuddur, həmçinin İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Dövlət Xidmətinin nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, son illərdə Aztelekomla bağlı gün ərzində onlarla şikayət daxil olur. Bütün bu faktları məhkəmələrin görməzdən gəlməsi inanılmazdır. Son olaraq, bütün hüquqi proseduralardan istifadə edəcəyimizi, Ali Məhkəmə də şikayətimizi əsassız, qanunsuz şəkildə təmin etməyəcəyi təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyimizi bildirmək istəyirəm. Qeyd edim ki, Aztelekom və Avirtel arasında baş verən hüquqi mübahisə ilə oxşar mübahisə bir neçə il əvvəl Macarıstan özəl şirkətləri ilə Macarıstan dövlətinə aid şirkət arasında baş verən hüquqi mübahisəni xatırladır, Avropa İnsan Haqları Məhkəməsi Macarıstanın özəl şirkətlərinin xeyrinə qərar qəbul etmişdi".

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
››› Qubadlı şəhəri işğaldan azad olundu!
Son xəbərlər
Bütün xəbərlər »