Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Co Baydenin ABŞ prezidentliyinə namizədliyi rəsmən təsdiqlənib

ABŞ-ın Demokratlar partiyası keçmiş vitse-prezident Co Baydenin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürüb.

Bunu Miluoki şəhərindəki ümummilli qurultayda keçirilən səsvermənin nəticələri göstərib.

ABŞ-ın ştat və bölgələrindən olan partiya nümayəndələri virtual səsvermə zamanı ibtidai seçki nəticələrini elan ediblər, nəticələrə əsasən, Bayden toplantıda səs verən partiya nümayəndələrinin daha çoxunun dəstəyini qazanıb.

Demokratların iclası koronavirus pandemiyası səbəbindən bu həftə virtual formatda təşkil olunub. Bayden ümumilikdə 3550-dən çox səs toplayıb. Buna qədər o, Vermont ştatından olan senator Berni Sanderslə mübarizə aparıb.

3 noyabrda keçiriləcək seçkilərdə Bayden hazırkı prezident Donald Trampa rəqib olacaq.(apa)

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »