Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Hollivud ulduzu ABŞ hökumətini virusla bağlı yalanda ittiham edir

Məşhur amerikalı aktrisa Şeron Stoun ABŞ hökuməti haqda sərt danışıb.

O, ölkə rəhbərliyini koronavirusla bağlı yalan danışmaqda ittiham edib.

Şeron Stoun Şeron Stoun

Bizimyol.info xəbər verir ki, Şeron Stoun hamıya test çatmadığını bildirib. Hollivud ulduzunun sözlərinə görə, bacısı əri ilə birlikdə xəstəxanada ağır vəziyyətdədir. Stoun deyib ki, Montana şəhərində yaşayan qohumlarından test götürülmür. Çünki simptomsuz test həyata keçirilmir. Halbuki ABŞ hökuməti hamıya belə imkan yaradıldığını bəyan edir.

“Hətta tibb bacılarına da test çatmır. İnsanlar həyatda qalmaq mübarizəsi aparır, ölürlər. Ortada yalandan başqa heç nə yoxdur”, - aktrisa belə deyib.

Stoun səhiyyə sektorunun rəsmilərinə də inanmamağa çağırıb. Onun dediyinə görə, artıq COVİD-19-dan bir yaxınını – nənəsini itirib.

Stoun qarşıdakı seçkilərdə indiki prezident Donald Trampı dəstəkləməyəcəyini açıqlamışdı. O, Co Baydenə səs verməyi düşünür.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
Son xəbərlər
Bütün xəbərlər »