Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın su qonşusunda şagirdlər məktəbə sanitar çantalarla gedəcək

Türkmənistanda orta məktəblərdə əyani tədris sentyabrın 1-də başlayacaq. Amma təhsil mövsümü bir az fərqli formatda start götürür.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın su qonşusu gələn ayın ilk günü məktəbləri açır. Türkmənistanda şagirdlər dərsə xüsusi sanitar çantalarla gələcək. Bir çox yerlərdə ailələrə bununla bağlı məlumat verilib. Alternativ media nümayəndələri Daşoğuzda vəzi valideynlərlə söhbət edib.

Məsələnin maraqlı tərəfi odur ki, çantalar evdə hazırlanmalıdır. Bura lazımi tibbi ləvazimatlar qoyulmalıdır. Söhbət dezinfeksiya məmulatından, maskadan, antiseptiklərdən, yaş və quru salfetlərdən gedir.

Bütün maddi yük valideynlərin üzərinə düşəcək. Hökumət hər hansı yardım nəzərdə tutmur. Valideynlər yeni qaydadan çox narazıdır. Çünki Türkmənistanda iqtisadi-sosial vəziyyət yaxşı deyil. Üstəlik, pul qıtlığı yaranıb. Bankomatların qarşısında uzun növbələr müşahidə edilir. İnsanlar təqaüd və məvaciblərini vaxtında ala bilmir.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »