Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In evdə it saxlamağı qadağan etdi

Şimali Koreyada qadağalardan uzun siyahı tutmaq mümkündür. Siyahıya daha bir yasaq əlavə olunub.

Bizimyol.info xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In evdə it saxlamağı qadağan edib. KXDR rəhbəri bunu kapitalizmin rəmzi adlandırıb. Kim Çen bu məşğuliyyətdə burjuaziya ideologiyasının elementlərini gördüyünü bildirib.

Cənubi Koreya mətbuatı isə qərarda başqa səbəb görür. “Çoson İlbo”nun yazdığına görə, Şimali Koreyada ərzaq qıtlığı yaranıb. Hökumət çıxış yolunu həm də it ətindən istifadədə görür. Cənubi Koreya mətbuatı iddia edir ki, insanların əlindən ev heyvanlarını məcbur alırlar.

Nə qədər demokratik ölkə olsa da, bundan əvvəl Cənubi Koreyada it əti ilə bağlı qalmaqal yaşanmışdı. “Humane Society International” bu ev heyvanının istehlak məqsədilə kütləvi öldürülməsi haqda hesabat hazırlamışdı. Onda təşkilat 70 iti xilas etməyi bacarmışdı.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »