Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı avtovağzalı 500 işçisinin maaşını 5 aydır vermir - Video

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin əməkdaşları beş aydır əmək haqlarını ala bilmirlər.

Bizimyol.info xəbər verir ki şikayətçilər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında toplaşaraq maaşlarının verilməməsinə etiraz ediblər.

Şikayətçilər qeyd edib ki, dəfələrlə avtovağzal rəhbərliyinə əmək haqqlarının verilməsi üçün müraciətlər edilsə də, rəhbərlik gözləməyi, dözümlü olmağı məsləhət görüb.

5 aydır maaş üzünə həsrət qalan işçilərin sözlərinə görə, banka olan borclarını və evlərinin kirayə haqqının verə bilmirlər.

Avtovağzal rəhbərliyindən şikatəçilərə bildiriblər ki 500 işçinin maaşının verilməməsinə səbəb xüsusi karantin rejimi ilə əlaqədar avtovağzalın fəaliyyətsiz olmasıdır.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinə göndərilən informasiya sorğusuna hələ ki cavab verilməyib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »