Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial Xidmətlər Agentliyi əməkdaşlarının koronavirusa yoluxma xəbərlərinə münasibət bildirib

Sosial şəbəkələrdən birində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində bir neçə əməkdaşın koronavirusa yoluxması, bəzi sakinlərdə virus əlamətlərinin müşahidə olunması, bir nəfərin COVİD-19-dan vəfat etməsi barədə yazılanlar əsassızdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bütün sosial xidmət müəssisəsində, o cümlədən 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində ciddi profilaktik tədbirlər görülür.

Məlumatda bildirilir ki, həmçinin sakinlərin tez-tez müayinəsi aparılır, onların koronavirusdan qorunması üçün bütün işlər görülür. İşçi personalın da müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb, uzunmüddətli növbəli sistem qurulub.

Bu tədbirlərin müsbət nəticəsi kimi, həmin müəssisənin kollektivində və müəssisənin sakinlərində indiyə qədər COVİD-19-a yoluxma halı aşkar edilməyib.

Müəssisənnin sakinlərindən olmuş Yusifov Anar Qəzənfər oğlunun ölüm səbəbinin də COVİD-19-la əlaqəli olmadığı müəyyən edilib.

Belə ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müayinələri nəticəsində onun ölüm səbəbinin - qaraciyərin piy distrofiyası nəticəsində baş vermiş kəskin qaraciyər çatışmazlığı ilə bağlı olduğu aşkar edilib.

Hansısa şəxsin verdiyi qeyri-düzgün məlumata əsaslanaraq nəticədə cəmiyyətə yalan məlumat vermək media prinsiplərinə uyğun deyil.

Qeyd edək ki, sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində bir neçə əməkdaşın koronavirusa yoluxması, bəzi sakinlərdə virus əlamətlərinin müşahidə olunması, bir nəfərin COVİD-19-dan vəfat etməsi barədə xəbərlər yayılmışdı.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »