Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol polisləri səhhəti pisləşən sürücünün köməyinə gəldi

Yol polisləri səhhəti pisləşən sürücünün köməyinə gəldi.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə Biləsuvar şəhəri, Heydər Əliyev prospektində baş verib. "VAZ 2106" markalı avtomobilin sürücüsü G.Mahmudovun sükan arxasında qəfildən səhhəti pisləşib və o maşını yolun kənarında saxlayıb. Bu zaman 99 YP 123 və 99 YP 124 dövlət nömrə nişanlı patrul avtomobilləri ilə ərazidə xidmət aparan Biləsuvar rayon DYPB-in rəisi Rauf Əzimov və bölmənin əməkdaşları polis baş leytenantı Əziz Məmmədov, polis baş serjantları Rəşad Mirzəyev, Elvin Ağayev və polis serjantı Orxan Həsənov avtomobildə köməksiz vəziyyətdə olan vətəndaşı görüb dərhal hadisə yerinə Təcili Tibbi Yardım və Post Patrul Xidməti əməkdaşları dəvət olunub.

Həkimlər gələnə qədər isə yol polisləri vətəndaşa ilkin tibbi yardım göstəriblər. Polis əməkdaşlarının köməyi ilə sürücü təcili yardımla xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra həmin şəxsin səhhəti normallaşıb.

Sürücünün yaxınları Biləsuvar rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına dərin təşəkkürünü bildiriblər

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
Son xəbərlər
Bütün xəbərlər »