Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə səfiri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasında olub

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasında Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə icma üzvləri arasında görüş keçirilib.

İcmadan Trend-ə verilən məluata görə, İcma rəhbəri, millət vəkili Tural Gəncəliyev səfir E.Özoralı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasında görməkdən məmnun olduğunu bildirib.

Qeyd edilib ki, bir millət iki dövlət olan Azərbaycan və Türkiyənin birgə fəaliyyəti Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının haqq səsinin beynəlxalq aləmdə daha çox eşidilməsinə təkan verib. İcma üzvləri gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da genişlənməsi üçün təkliflərini səsləndiriblər.

E.Özoral bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq. Səfir Ermənistanın işğalı zamanı evlərindən didərgin düşmüş soydaşlarmızın tezliklə dinc şəraitdə geri dönəcəklərinə əminliyini bildirib.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »