Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident nazirliyin səlahiyyətlərinin artırılması ilə bağlı fərman verib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin vəzifələri artırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanda  “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə müvafiq dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatları və sistemlərinin “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görəcək.

Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”yə müvafiq dəyişiklik edilməsi ilə bağlı fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət istiqamətləri və vəzifələri artırılıb.

Nazirlik "Hökumət buludu”nun fəaliyyətini və istifadəsini təşkil edəcək.

Eyni zamanda, dəyişikliyə əsasən, nazirliyin vəzifələri sırasına “Hökumət buludu”nun idarə olunmasını və fəaliyyətinin təşkilini təmin etmək; dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etmək; Nazirliyin Data Mərkəzində, eləcə də “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etmək; “Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görmək də daxil edilib.

Eyni zamanda, nazirlik “Hökumət buludu”nun yaradılması vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin istismarı, bunun üçün tələb olunan infrastrukturun qurulması və standartların formalaşdırılması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görəcək. İndiyə qədər nazirlik sadəcə “hökumət bulud”un yaradılması vasitəsilə dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturun qurulması və standartların formalaşdırılması üzrə tədbirləri əlaqələndirə bilirdi.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »