Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil eksperti 150 bal toplamış abituriyenlərin ali məktəblərə qəbul edilməsini təklif edir

“Təklif edirəm ki, bu il abituriyentlərə güzəşt edilməlidir. Güzəşt isə bal məhdudiyyətinin aradan qaldırılması, hər iki mərhələdə əldə edilmiş nəticələr toplanandan sonra ümumi balı 150 dən çox olan şəxslərin ixtisas seçiminə buraxılmasıdı”.

Bu fikirləri təhsil eksperti Kamran Əsədov səsləndirərək dediklərini pandemiya dövündə yaşanmış çətinliklərlə əsaslandırıb.

Kamran Əsədov Kamran Əsədov

“Bu il ali məktəblərə qəbul imtahanlarının keçirilməsi pandemiya dövrünə təsadüf etdi. Mövcud vəziyyət abituriyentlər üçün çox çətin oldu.

Mart ayından etibarən dərslərin dayandırılması, hazırlıq kurslarının və repititorların fəaliyyətinin məhdudlaşdırılması abituriyentlərin işini çətinləşdirdi. Düzdür, tele dərslər, online dərslər təşkil edildi. Amma bu imkanlar keyfiyyətli və əlçatan deyildi.

Hələ ki, 13-14 avqustda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

Düzdür, test tapşırıqları 2019-cu ildə keçirilən imtahanlar ilə müqayisədə çətin deyildi, amma pandemiya dövrünün çətinlikləri, psixoloji təsirləri abituriyentlərin nəticələrinə müəyyən qədər təsir göstərib.

Məlumdur ki, Dövlət İmtahan Mərkəzi hər il ali məktəblərə qəbul üçün müəyyən bal məhdudiyyəti tətbiq edir. Onlardan biri də abituriyentlərin blok - ixtisas qrupları üzrə imtahanlardan minimum ümumi 50 və ya 100 bal toplanması tələbidir. Təklif edirəm ki, bu il abituriyentlərə güzəşt edilməlidir. Güzəşt isə bal məhdudiyyətinin aradan qaldırılması, hər iki mərhələdə əldə edilmiş nəticələr toplanandan sonra ümumi balı 150 dən çox olan şəxslərin ixtisas seçiminə buraxılmasıdır. Yəni ikinci mərhələdə hətta abituriyent 10 bal toplasa belə, iki mərhələnin cəmində 150 dən çox balı varsa, o şəxslərə kömək etmək, şərait yaratmaq lazımdır ki, ixtisas seçimi edib ali təhsil ala bilsinlər”.

Təhsil eksperti bildirib ki, bu üsul azərbaycanlı abituriyentlərin təhsil almaq üçün xarici ölkələrə axınının da qarşısını ala bilər.

“Bu həm ali təhsil müəssisələrinin plan yerlərinin boş qalmamasına imkan verər, həm də xarici ölkələrdə təhsil almağa gedənlərin sayına təsir göstərər”.

İlhamə

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
Son xəbərlər
Bütün xəbərlər »