Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Mask ilk dəfə olaraq dünyanın ən varlı insanlarının dördlüyünə daxil olub

“Tesla” və SpaceX-in təsisçisi İlon Mask ilk dəfə olaraq dünyanın ən varlı 4 adamının sırasına daxil oldu. “Tesla” səhmlərinin qiymətindəki artım, iş adamının sərvətini təxminən 8 milyard dollar artıraraq 84,8 milyard dollara çatdırdı.

“APA-Economics” “Bloomberg”ə istinadən xəbər verir ki, bazar ertəsi “Tesla” şirkətinin səhmləri 11,2% artaraq rekord səviyyəyə - 1 845,32 dollara çatdı. Ticarətin bağlanışında səhmlər 1 835,64 dollar dəyərində idi.

Agentliyin məlumatına görə, Mask nəticədə “Louis Vuitton Moet Hennessy” qrupunun prezidenti Bernard Arnaultu beşinci yerə gerilədib. Beləliklə, hazırda BBI reytinqinin ilk dörd pilləsini amerikalılar tutur.

Birinci yerdə 188 mlrd. dollar sərvəti ilə “Amazon” şirkətinin rəhbəri Cef Bezos, ikinci yerdə “Microsoft” şirkətinin qurucusu Bill Geytsin kapitalı 121 mlrd. dollar olaraq qiymətləndirilir. “Facebook”un qurucusu Mark Zukerberq (99 mlrd. dollar) üçüncü yeri tutur. İlon Maskın sərvəti 84,8 mlrd. dollar, Bernard Arnault isə 84,6 mlrd. dollar qiymətləndirilir.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »