Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Teleaparıcı Naxçıvan əhalisindən üzr istəyib - Video

Tanınmış teleaparıcı Elçin Əlibəyli Naxçıvan MR əhalisindən üzr istəyib.

Bizimyol.info xəbər verir ki, buna səbəb teleaparıcının "El bizim sirr bizim" verilişində Naxçıvan MR Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumatın getməsi olub.

Belə ki, verlişdə qonaq qismində qatılan əslən Sədərək rayonundan olan şair Kamaləddin Qədimin Muxtar Respublikanın Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat verib.

Daha sonra şair bu məsələni ictimailəşdirdiyini, bunun əsasında da Naxçıvan MR Sədərək Rayon Polis İdarəsinin rəisinin, rayonun icra başçısının müavininin, icra başçısının köməkçisinin vəzifəsindən azad olunduğunu bildirib.

Veriliş efirə getdikdən sonra məsələ ilə bağlı Muxtar Respublikadan ciddi iradlar bildirilib və verilən məlumatların doğru olmadığı bildirilib. Daha sonra araşdırma edilib və teleaparıcı Elçin Əlibəyli dəqiqləşdirilməmiş məlumatın verilişdə yayımlandığına görə Naxçıvan MR əhalisindən, Sədərək Rayon İcra Hakimiyyətinin rəhbərliyindən üzr istəyib.

Teleaparıcının üzrxahlığı ilə bağlı Naxçıvan televiziyası da reportaj yayımlayıb.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »