Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkəmizdə bir ilk: indi fiziki şəxslər də məsafədən bank hesabı aça bilər!

Müştərilərin vaxtına dəyər verən Azərbaycan Beynəlxalq Bankı onlar üçün məsafədən xidmət imkanlarını genişləndirməkdədir. Fərdi müştərilər indi banka gəlmədən özlərinə məsafədən hesab aça bilərlər. Fiziki şəxslər üçün bu imkanı ölkəmizdə ilk dəfə məhz Azərbaycan Beynəlxalq Bankı yaradıb.

Hesabın açılması prosesi https://openaccount.ibar.az səhifəsi üzərindən həyata keçirilir. Məsafədən hesabın açılması üçün fiziki şəxslər ilk növbədə “ASAN İmza”-ya sahib olmalıdırlar. Müştəri “ASAN İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim edir. Sonra özü videogörüş vaxtı müəyyənləşdirir.

Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir. Bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra isə Bank tərəfindən hesablar avtomatik açılır. Rəsmiləşdirmə sənədləri ilə birgə hesab rekvizitləri barədə məlumat müştəriyə təqdim olunur. Müştəri təqdim olunmuş sənədləri və hesab rekvizitlərini yükləyərək elektron qaydada və ya çap edərək özündə saxlaya bilər.

Yeni açılmış hesab dərhal bankın mobil tətbiqində görünür və müştəri filiala getmədən mobil telefonu vasitəsilə bu hesab üzərindən bank əməliyyatları aparmaq imkanına malik olur.

Bankda hesabın olması müasir dövrdə əksəriyyət üçün bir zərurətdir. Hüquqi şəxslər, sahibkarlıq subyektləri ilə yanaşı, fiziki şəxslər də özlərinə hesab açdıraraq müxtəlif bank əməliyyatlarını hesablar üzərindən nağdsız qaydada apara bilərlər.

Bank hesabının açılması indiyə qədər müəyyən zaman tələb edən proses idi. Hesabın məsafədən açılması imkanı isə müştərinin əlavə vaxt sərf edərək banka gəlmək, növbədə gözləmək ehtiyacını aradan qaldırır.

Bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Bu, Azərbaycan Beynəlxalq Bankının pərakəndə bankçılıq sektorunda tətbiq etdiyi daha bir innovativ ilkdir. Artıq hesab açmaqdan ötrü bankın xidmət ofislərinə gəlməyə ehtiyac yoxdur. Bunu hər kəs onlayn kanallar vasitəsilə çox rahat bir şəkildə həyata keçirə bilər. Məsafədən hesab açmaq fiziki şəxs müştərilərin işini asanlaşdıracaq, onlar üçün yeni və faydalı təcrübələr yaradacaq”.

Azərbaycan Beynəlxalq Bankının fiziki şəxslər üçün təqdim etdiyi digər onlayn xidmət imkanlarından faydalanmaq üçün bankın mobil tətbiqini Google Play və App Storedən yükləmək olar.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »