Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada qaçqın yataqxanalarının mühafizəsinə 630 mln avro ayrılıb

Almaniya hökuməti ölkədəki qaçqın yataqxanalarının mühafizəsini daha yaxşı təşkil etmək məqsədilə 630 milyon avro maliyyə vəsaiti ayırıb.

“Report”un məlumatına görə, koronavirus pandemiyası qaçqın yataqxanalarındakı bir çox çatışmazlıqları ortaya çıxarıb. Onlardan biri də yataqxanalarda təhlükəsizliyin təmin edilməsidir.

Almaniya Federal Daxili İşlər Nazirliyindən bildirilib ki, yataqxana sakinlərinin karantin qaydalarına riayət etməsinə nəzarətin istənilən səviyyədə təmin edilməməsi səbəbindən koronavirus testi müsbət çıxan sığınacaq axtaranların sayı durmadan artır. Yataqxanalarda koronavirus tədbirləri ilə bağlı kifayət qədər maarifləndirmə işləri aparılsa da, sakinlər nadir hallarda bu qaydalara riayət edirlər.

Vurğulanıb ki, yataqxanaların təhlükəsizliyi təkcə şəxsi heyət hesabına gücləndirilməyəcək. Belə ki, müasir müşahidə kameralarının qurulması, giriş-çıxışların xüsusi çipli kartlar vasitəsilə təmin edilməsi sığınacaq axtaranları nəzarət altında saxlamağa imkan verəcək. Məlumatda bildirilir ki, bəzi sığınacaq axtaranlar yerli bələdiyyələr tərəfindən onlara verilən yataqxanalardakı otaqlarında gecələmirlər. Eyni zamanda yataqxanalarda qeydiyyatda olmayan başqa sığınacaq axtaranlara da rast gəlinir.

Qeyd olunub ki, əvvəlki illərlə müqayisədə qaçqın yataqxanalarını hədəf alan hücumların sayı azalıb. Bu istiqamətdə son üç ildə ən böyük göstərici 2018-ci ildə qeydə alınıb. Həmin il təkcə yataqxanaları hədəf alan iki mindən çox hücumda 315 nəfər ağır bədən xəsarətləri alıb.

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› “Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »