Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada Lukaşenkonu arzuolunmaz şəxs adlandırdılar

Aleksandr Lukaşenkonun Belarusda vəziyyəti getdikcə pisləşir. Mərkəzi Seçki Komissiyasının prezidentliyini elan etdiyi siyasətçiyə qarşı etirazlar böyüyür.

Bizimyol.info xəbər verir ki, Avropa da Belarusdakı prezident seçkilərinin nəticələrini qəbul etmir. Köhnə qitədə Lukaşenkonu arzuolunmaz şəxs adlandırırlar.

Avropa Parlamenti Avropa Parlamenti

Avropa Parlamentinin əsas partiyaları Belarusdakı vəziyyətlə bağlı birgə bəyanatla çıxış ediblər. Burada Lukaşenko “persona non qrata” adlandırılıb. Avropalı siyasətçilər hesab edir ki, postsovet ölkəsində son seçkilərin nəticələri saxtalaşdırılıb. Partiyalar müstəqil nümayəndələrin müşayiəti ilə yeni seçkilərin keçirilməsi tələbini ortaya qoyub.

Bəyanatda etiraz aksiyalarında iştirak edənlərin həbsləri də qınanılıb. Avropalı siyasətçilər zorakılıq törədənlərin cəzalanmasını tələb edib. Onlar Avropa İttifaqı üzv ölkələrinin Xarici işlər nazirlərinin Belarus hökumətinə sanksiya qərarını da alqışlayıb.

Belarus Mərkəzi Seçki Komissiyası avqustun 9-da baş tutan səsvermədə Lukaşenkonun səslərin 80.1, onun əsas rəqibi Svetlana Tixanovskayanın isə 10.12 faizini əldə etdiyini açıqlamışdı.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »