Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Özəl klinikalar saxta qəbzlər verməklə vergidən yayınırlar və xəstələrin hüquqlarını pozurlar” - Ekspert

“Baku Medical Plaza”ya müraciət edən vətəndaşlara təqdim edilən mədaxil qəbzində zəruri rekvizitlərin əks etdirilməməsi onun yalançı sənəd olmasına şübhələr yaradıb.

Qeyd edək ki apteklər və özəl klinikaların vergidən yayınması ilə bağlı məlumatlar dəfələrlə ictimailəşdirilib.

Bizimyol.info məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdan açıqlama alıb.

Eyyub Hüseynov

“Özəl klinikalarda vətəndaşlara göstərilən xidmət müqabilində kassa çeki və yaxud rəsmi kassa mədaxil orderi verilmir. Ödənişin olması barədə yalançı sənəd verilir. Saxta sənəddir”,-deyə E.Hüseynov bildirib.

Ekspert bildirib ki, özəl klinikalarda istehlakçılara sağlamlıq problemi ilə yanaşı maliyyə problemi yaşadılır: “Özəl klinkalarda vergidən ciddi yayınma məsələsi var. Özəl klinikaların 90 faizi saxta sənədlərlə işləyirlər. Çürbəçür analizlər əsasında istehlakçılardan izafi xərclər çıxarılır”.

Ekspert bildirib ki tibbi cihazların ildə bir dəfə düzgün işləyib-işləmədiyi yoxlanılmalıdır: “Bu aparatları isə yoxlayan yoxdur. Amma yoxlanılması ilə bağlı saxta sənəd hazırlayırlar. Özəl klinikalarla, xüsusən stomatoloqlarla bağlı dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etmişəm. Nazirlik klinikaların işinə qarışmadığını bildiriblər.

Bizdə olan məlumata görə diş həkimliyi ilə məşğul olan şəxslərin 30 faizinin ümumiyyətlə ali təhsili yoxdur, texniki işçilərdir.

İstehlakçılara müraciət edərək deyirəm ki, klinikalarda ödədiyiniz pulun müqabilində mütləq üzərində VÖEN-i və Azərbaycan Respublikasının gerbi olan, rəngli şəkildə çap olunmuş kassa mədaxil orderi və yaxud kassa aparatından çıxarılan qəbz tələb edin. Əks halda sizin sağlamlığınızda problem yaranarsa, biz sizin hüquqlarınızı qoruya bilmərik. Çünki saxta sənəd əsasında müalicə olunmusunuz.

Klinika sahiblərinə isə deyirəm ki dövlətimizin belə həssas bir vaxtında vergidən yayınmağa son qoysunlar. Bu yaramaz hərəkətdir”.

Qeyd edək ki, qəbzlərdə aşağıdakı zəruri rekvizitlər əks etdirilməlidir:

-qəbzlərin sifarişçisi olan fiziki şəxsin adı, soyadı, atasının adı və VÖEN-i, hüquqi şəxsin isə adı və VÖEN-i;

-qəbzi çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i);

-qəbzin adı, seriya və nömrəsi;

-təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları.

Ramid İbrahimov

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »