Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ "Huawei"yə qarşı sanksiyaları genişləndirib

ABŞ Çin telekommunikasiya şirkəti "Huawei"yə qarşı sanksiyaları genişləndirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.

M. Pompeo deyib ki, ABŞ Ticarət Nazirliyi "Huawei"n daha 38 filialını qara siyahıya əlavə edib. Bundan əlavə, Nazirliyin yeni düzəlişlərinə əsasən Amerika çipləri istehsal edən xarici şirkətlər "Huawei"yə çip tədarük etməzdən əvvəl ABŞ-da lisenziya almalıdırlar.

“Tramp administrasiyası "Huawei" Çin Kommunist Partiyasının nəzarət dövlətinin bir hissəsi olaraq qəbul edir və buna uyğun addımlar atır. Bu gün hökumətimiz ABŞ-ın milli təhlükəsizliyini, vətəndaşlarımızın məxfiliyini və 5G şəbəkəmizin bütövlüyünü Pekinin zərərli təsirindən qorumaq üçün bir sıra tədbirlər həyata keçirib”, - deyə M. Pompeo bildirib.

ABŞ "Huawei" ÇXR-lə hərbi və kəşfiyyat sahəsində əməkdaşlıqda və müştərilərinə mümkün nəzarətdə ittiham edir və bir sıra ölkələri 5G mobil standartına keçid zamanı şirkətin infrastruktur və avadanlıqlarından istifadə etməməyə çağırır. Çin şirkəti ittihamları əsassız adlandıraraq, bu ittihamların siyasi motivli olduğunu və bazar rəqabəti prinsiplərini pozduğunu bildirir.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »