Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Aparatının diqqətini çəkən Ərtoğrul: Bunu gözləmirdim

Xəbər verdiyimiz kimi, şənbə günü Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərin suallarını cavablandırdıqdan sonra Ərtoğrul adlı bloggerin Prezident Aparatına dəvət ediləcəyini ,onunla söhbət aparılacağını bildirdi.

Məsələ bundadır ki, Ərtoğrul satirik yumorları ilə gündəmə uyğun videoçarxlar çəkməklə Prezidentin köməkçisinin diqqətini çəkib. Bəs adı çəkilən, dövlətin yüqksək ranqlı məmurlarını tənqid etməkdən çəkinməyən Ərtoğrul Kamalov kimdir?

Bizimyol.info-nun suallarını satirik özü cavablandırır.

-Ərtoğrul, xəbəriniz varmı ki, brifinqdə sizdən xüsusilə bəhs edilib?

- Bəli xəbərim var, mən özüm böyük fəxrlə onlarla görüşə gedəcəm. Amma açıqğını deyim bunu gözləmirdim.

- Özünüz barədə izləyicilərə məlumat vermənizi istərdim.

- Mən İncəsənət Universitetinin Dram teatrı və kino aktyorluğu fakultəsini fərqlənmə ilə bitirmişəm.Vaqif İbrahimovdan dərs almışam, daha sonra YUĞ teatrında da çalışmışam.Rejissorluq üzrə xaricdə təhsilimi təkmilləşdirmişəm. Dram Teatrda rejissor kimi işləmiş və tamaşalar hazırlamışam və Dram Teatrın Rusiyada böyük rejissoru olmuşam. Aztv-də, Xəzər tv, ATV-də veriliş və reklamların çəkilməsində, dublyajlarda itirak etmişəm.

- Sizin bu əl işlərinizi necə adlandırmaq olar. Vaynersiniz?

- Mənpeşəkar dublyajla məşğul oluram. Hazır filmlərin üzərində dublyaj edirəm. Çarxlarınızda müxtəlif səslər var. Hamısı özüməm.Gah qocaldıram, gah gəncləşdirirəm.

- Bir çaxın çəkilməsinə nə qədər vaxt sərf edirsiz?

- 2 gün də ola bilər, ağlıma yaradıcılıq prossesində yeni ideya gələrsə bir qədər uzana da bilər, tez alına da bilər

- Adətən tənqid və satirayala məşqul olanlara təzyiqlər olu, sizə necə?

- Yox heç bir təzyiq olmayıb, əksinə diqqət çəkmişəm. Hikmət Hacıyevin adımı çəkməsi mənim üçün xüsusən gözlənilməz oldu. Eyni zamanda da çox sevindim.Mən axı heç kimin şəxsiyyətinə toxunmuram.Normal tənqid və satira var. Haqlarında danışdığım şəxslərə də hörmətim var.Bu cənab Prezidentin, Hikmət müəllimin, Şahmar Mövsümovun mənim timsalımda gənclərə diqqətidir. Buna görə Admnistrasiyadakı hər kəsə çox təşəkkür edfirəm. Biz xaricdə belə şeylər olanda tez paylaşırıq. Bunu paylaşmaq lazımdır. Bir gəncin gördüyü işə verilən yüksək diqqətdir.

- Yüksək vəzifəli şəslərdən kimlərin adlarını öz dublyajlarınızda çəkmisiz

- Hikmət Hacıyev, Oqtay Şirəliyev, Ramin Bayramlı, Elmar Məmmədyarov. Sağ olsunlar heç birindən neqativ reaksiya olmayıb, hamısın qarşısında hörmətlə baş əyirəm

- Bu görüşdən nə gözləyirsiz?

- Sadəcə diqqət yetirmələri mənim üçün yetərlidir və böyük bir hədiyyədir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »