Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan-Azərbaycan sərhədində insident: Narkokuryerlər yüklərini atıb qaçdılar

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən verilən məlumata görə, bu ilin 17 avqust tarixində, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən külli miqdarda narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alanıb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq və dumanlı olmasından istifadə edərək qaçaqmalı hadisə yerində ataraq sərhəd naryadının təqibindən İran İslam Respublikası istiqamətində geri qaçıblar.

Hadisə yerinə baxış zamanı ümumilikdə çəkisi 1 kq 930 qram heroin, 1 kq 500 qram metafitamin, 6 kq 990 qram tiryək, 1 kq 25 qram həşiş növünə oxşar narkotik vasitələr, 2500 qram “Metodon 40”, 20 həb “Klonozepam” və 40 həb “Zolpidem” psixotrop maddələr, 5 ədəd “Ardene” mazı, 5 ədəd “Klobetasol” dərman preparatları aşkar olunaraq götürülüb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »