Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sakur əslində bizi müdafiə etməkdən çox, Paşinyan və Rusiyanı hədəf almışdı”

Bir neçə gün öncə BBC-də yayımlanan və geniş rezonans doğuran “Hardtalk” verilişinin aparıcısı Stepan Sakur Azərbaycan prezidentinə müraciət edərək, həqiqətləri dünyaya çatdırmaq üçün proqramına qatılmağa dəvət edib.

Öncə onu qeyd edək ki, sərt müsahibələri ilə politoloqların diqqətini çəkmiş Sakur Paşinyanla müsahibədə demək olar ki, sual vermir, Qarabağ həqiqətlərini, Ermənistanın işğalçı siyasətini əminliklə sadalayaraq, baş naziri demək olar ki, divara sıxışdırıb, gerçəkləri onun üzünə çırpırdı. Açıq görünürdü ki, məqsəd suallara cavab almaq yox, elə bu sualları səsləndirməkdir. Əslində Paşinyanın verdiyi cavabların da suallarla əlaqəsi yox idi. Necə deyərlər, biri tapançadan danışırdı, o biri qazançadan. Bəs BBC kimi nüfuzlu bir kanalda bu günə qədər susulan həqiqətlər nə üçün birdən birə ortalığa töküldü?

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri Əziz Əlibəylinin fikrinə görə, bu proqramda məqsəd Azərbaycanı müdafiə eləmək yox, Paşinyanı və Rusiyanı hədəf almaq idi.

“ Sakur əslində Paşinyanı yox, onun obrazında Ermənistanı nəzərdə tuturdu.Söhbət ondan gedir ki, bütövlükdə Rusiya sərhədi boyunca ona yaxşı münasibəti olan ölkələrə hücum təşkil olunur və bu informasiya siyasətini Qərb siyasətinə, hakim dairələrə yaxın olan BBC-nin yürütməsi təsadüfi deyil. Bütövlükdə ABŞ-ın maraqlarını müdafiə edən BBC heç də Azərbaycanın haqlı mübarizəsini düşünmürdü. Onu düşündürən əsas məqam öz maraqlarına aid idi və o maraq bu gün Paşinyanı vurmaqdan ibarətdir.Hazırda Ermənistan hakimiyyətindən Qərbdə narazıdırlar.Biz BBC-dən daha əvvəl həmin prossesi ABŞ konqresinin nümayəndələr palatasının etdiyi düzəlişlərdə, ermənilərin işğalının pislənməsi, Rusiyanın işğal siyasətini yürütməsinə işarə vurulmasında gördük. Söz yox ki, burda Azərbaycanın haqlı davası özünü göstərdi, amma bu maraqların arxasında Rusiyaya yönəlik təsir və təzyiqlər dayanır. Bu yumşaq soyuq müharibə silahıdır.Bununla Qərb Rusiyaya dolayı yolla cavab vermiş oldu.

Hesab edirəm ki, Azərbaycan da bu proqrama qatılmalıdır. Prezident qatılmasa belə, Prezidentin köməkçisi Hikmət Hacıyev bu proqramda iştirak edə bilər. Hesab edirəm ki, Sakur Qarabağla bağlı suallar versə belə, sualları əsasən səbəbkarlar üzərində, xüsusən Rusiya üzərində fokuslanacaq.Rusiyanın Minsk qrupunun həmsdəri və Azərbaycanın yaxın qonşusu kimi davranışları müzakirəyə çıxarıla bilər”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »