Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Belarus itisadiyyatı kollapsa məhkumdur”

“Rusiya bazarlarına çıxış imkanları olmadan, Belarus iqtisadi modeli uzun müddət davam gətirə bilməzdi”.

Bu fikirləri Bizimyol.info-ya iqtisadçı Qaşqay İsmayıl səsləndirib.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

Lukaşenkonun ölkəmizdəki populyarlığnın əsas səbəbini onun iqtisadi xətti ilə izah edən iqtisadçı Belarus iqtisadi modelinin əslində borclardan asılı, çürük bir model olduğunu bəyan edir:

“Azərbaycandan fərqli olaraq Belarus SSRİ-dən qalma təsərrüfatı qoruyub saxlamağa nail oldu və aqrar-sənaye ölkəsi kimi, müəyyən iqtisadi uğurlar da əldə etdi. Lakin Rusiyanın nəhəng enerji resurslarının güzəştli istifadəsi və eləcə də Rusiya bazarlarına çıxış imkanları olmadan, Belarus iqtisadi modeli uzun müddət davam gətirə bilməzdi. 2006-2012-ci illərdə Belorusiyanın xarici borcu 40 milyard dollara çatdı, BVF-nın hesablamalarına görə isə 2005-2015-ci illərdə Rusiya müxtəlif güzəşt və subsidiyalar formasında Belorusiyaya 100 milyard dollardan artıq kömək göstərmişdir. Bu məbləğlər olmadan Belarus iqtisadiyyatı çoxdan sıradan çıxardı. Hazırda görünən cüzi rifahın arxasında xaricdən gələn valyuta axını durur. İT və gübrə istehsalından başqa bütün sahələr rəqabət qabiliyyətli olmadığından, subsidiya əsasında fəaliyyət göstərirlər”,- deyə o bildirib.

Ekspert ölkələrimiz arasındakı iqtisadi bənzərlikdən də danışıb.

“Hər iki ölkənin sosial siyasətinin əsasını əhalinin büdcə hesabına təminatı təşkil edir. Sadəcə olaraq Azərbaycanda bu proses proqramsız, düşünülmədən, cari vəziyyətə uyğun korrektirovkalar edilərək aparılır. Amma hər iki ölkə büdcədən təminat və siyasi sabitlik əvəzində cəmiyyətin tam itaətinə nail olmağa çalışırlar

Azərbaycanda Lukaşenkoya olan heyranlıq, bu sosial təminat sisteminin nisbətən şəffaf və effektiv olmasına görədir, amma Lukaşenkonun yaratdığı modelin ilbəil daha qeyri-effektiv olduğu və məhvə doğru getdiyi Bakıdan baxanda görünmür. Belarus cəmiyyəti isə, Sovet İttifaqından miras qalmış iqtisadi mexanizmin tədricən fəaliyyətdən düşdüyünü görürdü

Azərbaycandakı Lukaşenko fanatlarından fərqli olaraq, yerli əhali mövcud iqtisadi sistemin heç bir perspektiv vəd etmədiyini və gec-tez kollapsını vaxtında dərk etdi”.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Son xəbərlər
Bütün xəbərlər »