Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Fazil Mustafa: “Artım davam etsə, yenidən məhdudlaşmaya gediləcək”

Son 3-4 gündə ölkədə yoluxanların sayı artma dinamikası iə davam edir. Hətta gündəlik yoluxanların sayı 2 rəqəmlidən 3-ə yüksəlib.

Belə ki, avqustun 16-də 112 nəfər koronavirusa yoluxub. Bu artım dinamikası davam edərsə, Azərbaycanda karantin rejimində yenidən sərtləşmə ola bilərmi?

Fazil Mustafa Fazil Mustafa

Bununla bağlı konkret.az-a danışan deputat Fazil Mustafa bildirib ki, bütün hallarda vəziyyətə uyğun qiymətləndirilmə olur: “Hesab edirəm ki, bu istiqamətdə problemlər davam etsə və artım davam etsə, yenidən məhdudlaşmaya gediləcək. Bu barədə insanları da tam qınamaq olmur. Müəyyən problemləri var. Onları həll etməlidirlər. Amma bütün hallarda təhlükəsizliyə əməl edilməlidir. Vətəndaşlarımız qoyulan qaydalara əməl etmək məcburiyyətindədirlər. Əgər əməl etməsələr, problemlər artacaqdır. Dövlət vətəndaşları üçün müəyyən yumşalmalara getməyə davam edəcək. Amma görülsə ki, artım çoxalır, bu istiqamətdə hər hansı bir faydalı addımın atılması çətin olacaq. Mütləq qoyulan məhdudiyyətlər artırılacaq. Açılan sahələrdə fəaliyyətin yenidən dayandırılması nəzərdə tutula bilər. Ona görə də vətəndaşlar diqqətli olmalıdır. İnsanlarımız minimum qaydalara əməl etsələr, hər hansı bir təhlükəli vəziyyət yaranmaz”.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »