Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən bir neçə şəhər sakini onlara məxsus mobil telefonların naməlum şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə məlumat veriblər.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu etməkdə şübhəli bilinən şəxsin Mingəçevir şəhər sakini Rəşad Məmmədli olduğu müəyyən edilərək, saxlanılıb. O, 6 nəfərin etibarından sui-istifadə edərək, danışmaq adı ilə mobil telefonlarını alıb, geri qaytarmayıb.

R.Məmmədli ifadəsində həmin telefonları sataraq əldə etdiyi pulu özü üçün xərclədiyini bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »