Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronaviruslu xəstələrin aşkarlanmasında itlərdən istifadə oluna bilər

Dubay hava limanında koronavirusa yoluxmuş insanları müəyyən etmək üçün xüsusi təlim keçmiş itlərin istifadəsinə başlanılıb.

APA xəbər verir ki, bu barədə “Travel and Leisure” nəşri yazıb.

Bildirilir ki, itlər insanlarla kontaktda olmayacaq. Bu cür heyvanlar tərəfindən koronaviruslu xəstələrin müəyyən edilməsi dəqiqliyi 92%-ə bərabərdir. Koronavirus nümunələrinin qoxusunu alan itlər sonradan bu virusun daşıyıcısı olan şəxsləri ayırd edə bilirlər.

Dubay hava limanı koronavirus infeksiyasının bu yolla müəyyən edilməsinə başlanıldığı ilk aeroportdur.

Qeyd edək ki, Dubay iyuldan etibarən turistlər üçün açıqdır.

Oxşar təcrübədən Çilidə də istifadə etməyi planlaşdırırlar.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »