Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Somalidə baş verən terror hadisəsində 5 nəfər öldü, 28-i isə yaralandı

Somalinin paytaxtı Moqadişoda otellərin birinə edilən terror hücumu nəticəsində 5 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.

“Gubjug News” xəbər portalı isə hadisə nəticəsində 28 nəfərin yaralandığını bildirib.

Yerli Təhlükəsizlik qüvvələrinin kapitanı Məhəmməd Hüseynin bildirdiyinə görə, “Elite Hotel” binası yaxınlığında maşına quraşdırılmış bomba partladılıb. Bunun ardınca bir qrup silahlı şəxs paytaxt elitası arasında məşhur olan otelə giriblər.

Bildirilir ki ölənlər arasında ölkənin yüksək vəzifəli məmuru da var, ölənlərinin sayının artacağı istisna edilmir.

Paylaş »
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
Son xəbərlər
Bütün xəbərlər »