Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ-dakı seçkilərdən əvvəl Putinlə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp öz köməkçilərinə məlumat verib ki, noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl Rusiya dövlətinin başçısı Vladimir Putinlə görüş keçirmək istəyir. Bu barədə “NBC” telekanalı xəbər verib.

Telekanalın məlumatına görə, liderlər strateji hücum silahlarının gələcəkdə də azaldılması və məhdudlaşdırılması ilə bağlı tədbirlər haqqında müqaviləyə dair bəyanat verə bilərdilər.

“NBC”nin mənbələrinin sözlərinə görə, “Administrasiyanın əməkdaşları Tramp və Putinin yeni sammitinin keçirilmə yeri və vaxtı ilə bağlı müxtəlif imkanları nəzərdən keçiriblər”.

Telekanalın məlumatına görə, sammitdə liderlər nüvə silahlarına nəzarət sahəsində ABŞ-Rusiya arasında yeni razılaşmaların hazırlanmasına dair əldə edilən irəliləyişi elan edə bilərdi. (Qafqazinfo.az)

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »