Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada xakerlər deputatların və hərbçilərin məlumatlarını əldə edə biliblər

Keçən həftə Almaniya Silahlı Qüvvələri üçün nəqliyyat xidmətləri göstərən quruma xaker hücumu olub.

APA bildirir ki, bu barədə ARD TV xəbər yayıb. xakerlər eyni zamanda Bundestaqın deputatlarının məlumatlarını da əldə ediblər. Beləliklə, naməlum şəxslər Almaniya hərbçiləri və siyasətçilərinin məlumatlarını əldə etməyə müvəffəq olublar.

Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi telekanala BW-Fuhrpark Service GmbH-nin İT şəbəkəsinə xaker hücumunun olmasını təsdiqləyib.

Qeyd olunur ki, hadisə barədə nazirliyə cümə axşamı məlumat verilib, bundan sonra istintaq başlanılıb.

Telekanalın verdiyi məlumata görə, Bundestaq rəhbərliyindən bildirilib ki, hücumun məqsədi, növü və dərəcəsi, habelə məlumat saxtakarlığı və ya sızma olub, olmadığı barədə heç nə bilinmir.

Onu da qeyd edək ki, BW-Fuhrpark Service GmbH 75.1% Alman Müdafiə Nazirliyinə, 24.9% Deutsche Bahn dəmir yolu şirkətinə məxsusdur. Bild tabloidinə görə, alman millət vəkilləri 2019-cu ildə şirkətin xidmətlərindən 142 min dəfə istifadə ediblər.

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
Son xəbərlər
Bütün xəbərlər »