Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minlərlə tibb müəssisəsi tətil elan edib

Cənubi Koreyanın mart ayının sonundan bəri koronavirusa ölkədaxilində yoluxma halları ən yüksək həddə çatdığı bir vaxt, ölkədəki tibbi klinikalarının dörddə birindən çoxu hökumətin yeni həkimlər yetişdirmək planına etiraz olaraq bir günlük tətil elan edib.

Unikal.org xəbər verir ki, hökumət gələcək 10 il ərzində tibb tələbələrinin sayını 4000-ə çatdırmağı planlaşdırır. Onlar bunun koronavirus pandemiyası kimi ictimai sağlamlıq böhranlarına daha yaxşı hazırlıqlı olmaq üçün mühür olduğunu deyir.

Lakin etirazların təşkilinə yardım edən Koreya Tibb Birliyi (KMA) ölkədə kifayət qədər həkimlərin olduğunu deyir.

Koreya Tibb Birliyinin bildirdiyinə görə, cümə günü etiraz aksiyasına 20 mini paytaxt Seulda olmaqla, ölkə boyu 28 min həkim və təcrübəçi qoşulub.

Səhiyyə Nazirliyinin rəsmisi Reuters xəbər agentliyinə bildirib ki, ölkənin 33 836 tibb müəssisəsindən azı 10 584-ü, o cümlədən özəl klinikalar cümə günü tətildə edib.

Koreya Tibb Birliyi hökumətin birtərəfli qərarını COVID-19-la mübarizə aparan həkimlərə "arxadan zərbə" hesab edir .

"Fevral ayında COVID-19-la qarşılaşandan bəri biz həkimlər, həyatımızı təhlükə qarşısına qoyaraq, yeganə borcumuzu yerinə yetirir, vətəndaşların təhlükəsizliyini qorumağa çalışırıq " - deyə, Koreya Tibb Birliyinin prezidenti Çoy Dei Zip parlament qarşısında keçirilən mitinqdə bildirib.

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
Son xəbərlər
Bütün xəbərlər »