Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa ABŞ-la hərbi saziş bağladı

Polşa və ABŞ hərbi saziş imzalayıblar.

Virtualaz.org bildirir ki, bu barədə iz.ru xəbər yayıb.

Bildirilir ki, Varşavada iki dövlət arasında hərbi əməkdaşlığı aktivləşdirmək barədə müqavilə bağlanıb.

Sözügedən sənədi ABŞ tərəfindən Dövlət Katibi Mayk Pompeo, Polşa tərəfindən Milli Müdafiə naziri Mariuş Blaşak imzalayıblar.

Sənəd hər iki ölkənin prezidentləri Andjey Duda və Donald Trampın ötən il Vaşinqtonda imzaladıqları bəyannamənin davamıdır və Birləşmiş Ştatların Polşadakı hərbi kontingentinin sayının min nəfər artırılmasını, həmçinin ABŞ Quru Qoşunlarının Beşinci korpusunun komandanlığının respublikada yerləşdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Polşada hazırda beş minə yaxın ABŞ əsgəri var.

“Polşa ilə ABŞ arasındakı hərbi əməkdaşlıq Avropanın biz, xüsusilə də Baltikyanı ölkələr və Ukrayna yerləşən hissəsinin təhlükəsizliyinin güclənməsi deməkdir”, - Duda sənədi imzalayarkən bildirib.

Son xəbərlər
Bütün xəbərlər »