Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan-Ukrayna hərbi əməkdaşlığının perspektivi kifayət qədər böyükdür”

Məlum olduğu kimi, Azərbaycan Ukraynadan ən çox silah alan 10 dövlət arasında yer alıb.

Maraqlıdır, Ukrayna ilə hərbi müstəvidə əməkdaşlıq ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir və bu əməkdaşlığın hansı perspektivləri var?

Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Ukrayna ilə hərbi müstəvidə əməkaşlıq üçün geniş imkanlar olduğunu vurğuladı:

“Bildiyiniz kimi, iki cür hərbi əməkdaşlıq var. Bunlardan biri hərbi-texniki, digəri hərbi-siyasi əməkdaşlıqdır. Hnası ki, hər bir əməkdaşlıq iki dövləti yaxınlaşdırır, mövcud əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır.

Ukrayna Azərbaycanla oxşar problemlər yaşayan bir dövlətdir. Ukraynanın da Azərbaycan kimi ərazi bütövlüyü ilə bağlı problemlər var. Ukrayna zaman-zaman aktiv döyüşlərin yer adlığı ölkədir.

Azərbaycan Ukrayna ilə əsasən hərbi hava qüvvələri sahəsində əməkdaşlıq edir. Bu sahədə çox sıx əməkdaşlıq var. Digər tərəfdən, bizdə olan təyyarələrin təmiri ilə bağlı Ukraynaya müraciət edirik. Bəzi aqreqatların bu ölkədə təmiri həyata keçirilir. Hava hücumundan müdafiə sistemlərində radar və kəşfiyyat sistemlərinin modernləşdirilməsi istqiamətində də bizim əməkdaşlığımız mövcuddur. Ukraynada kadrların hazırlanması istiqamətində də iş gedir. Iki dövlət arasında bu yöndəki əməkdaşlıq ildən-ilə genişlənməkdədir.

Ukrayna ilə əməkdaşlığımızın tarixi o qədər də qədim deyil. Lakin hazırkı inkişaf tempi kifayət qədər sürətlidir. Düşünürəm ki, bu əməkdaşlığın inkişafı perspektivi böyükdür. Son proseslər göstərir ki, bütün problemlərə rəğmən, Ukrayna hərbi sənayesi, eləcə də Ukrayna ordusu inkişaf etməkdədir.

Onu da qeyd edim ki, Ukrayna da öz növbəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən məhsullara maraq göstərir. Ölkəmizdə hərbi sənaye getdikcə genişlənməkdədir. Bu səbəblə də yeni avadanlıqlar alınmaqdadır. Hansı ki, hərbi sənaye sistemində hərbi təyinatlı məhsulların istehsalı üçün biz Ukraynadan da avadanlıqlar alırıq.

Ukrayna Azərbaycanın ərazi bütölüyünü tanıyan bir dövlətdir və Ermənistanın işğalçılıq siyasətini pisləyir. Bizim siyasi müstəvidəki birgə baxışlarımız əsas verir ki, gələcəkdə Ukrayna dövləti ilə əməkdaşlığımızı daha da genişləndirək”.

Son xəbərlər
Bütün xəbərlər »