Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bərdədə avtomobil aşıb, sürücü xəsarət alıb

Bərdədə sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Əliyanlı kəndi ərazisində baş verib.

Yüksək sürətlə hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü İlkin Süleymanov xəsarət alaraq Bərdə Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »