Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qartal ABŞ-ın hökumət dronunu "ovlayıb"
Qartal

ABŞ-ın Miçiqan ştatında hökumətin 950 dollarlıq dronu qartal tərəfindən hücuma məruz qalıb. Hücumdan sonra pilotsuz aparatı tapmaq mümkün olmayıb.

Yerli KİV xəbər verir ki, sahil xəttinin kartoqrafiya işləri üçün istifadə edilən EGLE dronu Eskanaba şəhəri yaxınlığında qartalın hücumuna məruz qalıb. Yırtıcı tərəfindən pərləri qoparılan dron Miçiqan gölünə düşüb. Onun axtarışı müsbət nəticə verməyib.

“Hücum elektron rəqiblə ərazi uğrunda mübarizə və ya qartalın ac olması səbəbindən baş verə bilər. Hazırda EGLE komandası təkrar hücum risklərini azaltmağa yönələn tədbirlər üzərində çalışır. Bunun üçün dronun xarici görünüşünün dəyişilməsi imkanları da nəzərdən keçirilir”, - deyə hökumətin bəyanatında bildirilir.(azərtac)

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »