Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gizli fəaliyyət göstərən restoran sahibi və 11 müştəri cərimələnib

Abşeron rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ceyranbatan qəsəbəsində keçirilən tədbir zamanı Rövşən Rufullayevin işlətdiyi “Xançinar” restoranında müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın  ahibi və daha 11 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Restoranın sahibi 3000 manat, digər şəxslərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »