Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Minskdə etirazçılar Hökumət Evinə çatıb: “Biz getməyəcəyik!”
Minskdə növbəti aksiya başlayır: polis və etirazçılar mərkəzdə toplaşır

Belarusda hadisələr həlledici fazaya keçmək üzrədir. Mərkəzi Seçki Komissiyasının qələbəsini elan etdiyi prezident Alerksandr Lukaşenkonun əleyhinə çıxanların sayı hər gün bir az da artır.

Bizimyol.info xəbər verir ki, avqustun 14-də müəllimlər, müğənnilər, dini icmaların nümayəndələri, metropoliten əməkdaşları da aksiyaya qoşulub. Gün ərzində yüzlərlə həbs olunan azadlığa çıxıb. Onların bir çoxunun ciddi xəsarət aldığı nəzərə çarpır. Belarus Daxili İşlər Nazirliyi həbs olunanların hamısının azad ediləcəyinə söz verib.

Hökumət mediasının təmsilçilərindən də polis zorakılığını pisləyənlər var. İstintaq Komitəsinin zabiti İqor Loban isə Daxili İşlər naziri Yuri Karayevi baş verənlərə görə vicdansız və şəərəfsiz adlandırıb.

Minskdə etirazçılar Hökumət Evinin qarşısına yaxınlaşıb. Say getdikcə artır. Müxtəlif şüarlar səsləndirilir. Bunların arasında “Biz getməyəcəyik!” və “Biz qoyun deyilik!” ifadələri xüsusi diqqət çəkir. Etirazçılar bununla geri çəkilməyəcəklərinə işarə vururlar. Digər tərəfdən Lukaşenkonun etirazçıları "qoyun" adlandırmasına üsyan var.

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayıldı
››› Rusiya bir sıra ölkələrlə uçuşları bərpa edir
Son xəbərlər
Bütün xəbərlər »