Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Aİ Belarusa qarşı sanksiya tətbiq etməyə qərar verib
avropa-birliyi-bayragi0-0

Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirləri Belarusda prezident seçkilərindən sonra baş qaldıran etirazlar aksiyaları səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə Slovakiyanın XİN rəhbəri İvan Korçak özünün “Twitter” səhifəsində yazıb.

Aİ məhdudiyyətlərin tətbiq olunacağı şəxslərin siyahısını tərtib edəcək. Təşkilatın fikrincə, sanksiyalar “repressiyaya məsuliyyət daşıyanlara” şamil olunacaq.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Jozep Borrel isə “Twitter” səhifəsində bildirib ki, “Aİ Belarusdakı seçki nəticələrini qəbul etmir, zorakılığa və saxtalaşdırmaya görə məsuliyyət daşıyanların cəzalandırılması üzərində işlərə başlanılır”.

Paylaş »
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Allahşükür Paşazadənin rəqibləri məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »