Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus qızlar silahı yerə qoyan güc strukturu əməkdaşlarını qucaqlayır - Video

Belarusda etirazların beşinci gününü prezident Aleksandr Lukaşenkonun əleyhdarlarının ayağına yazmaq olar.

Yüzlərlə həbs olunan azadlığa buraxılıb. Etiraz dalğası bir az da böyüyüb. Dövlət müəssisələrində işləyənlər aksiyaya qoşulub.

Bizimyol.info xəbər verir ki, etirazçılar axşama doğru Müstəqillik Meydanına üz tutublar. Onları hazırlıqlı güc strukturu əməkdaşları qarşılayıb.

Amma onların əksəri etirazçılara qarşı güc tətbiq etməkdən boyun qaçırıb. Belarusdan gələn videogörüntülərdə güc strukturunun əməkdaşlarının necə qalxanları yerə qoyduğu, silahdan istifadədən imtina etdiyi nəzərə çarpır. Qızlar buna cavab olaraq həmin əməkdaşların boynuna sarılır. Onların bəzisi göz yaşlarını saxlaya bilmir.

Son xəbərlər
Bütün xəbərlər »