Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanda təhsil sistemi keyfiyyətcə ardıcıl inkişaf müstəvisinə qədəm qoyub”

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin avqustun 8-də "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.Sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə 7 milyon manat vəsait ayrılıb.

Mövzu ilə bağlı Bizimyol.info-ya açıqlama verən Milli Məclisin deputatı Tamam Cəfərova bildirib ki, təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.

Tamam Cəfərova Tamam Cəfərova

“Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Prezident İlham Əliyevin avqustun 8-də "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" imzaladığı sərəncam bunun bariz nümunəsidir”,-deyə deputat bildirib.

Tamam Cəfərova müvafiq sərəncamı təhsil sisteminin inkişafının daim təmin edilməsi prizmasından olduqca önəmli sayır: “Bilirsiniz ki, ölkəmizdə tətbiq edilən karantin rejimi şəraitində bütün fəaliyyət sahələrində, o cümlədən təhsildə də hərəkətlilik qadağan edilib. Dövlət büdcəsi də karantin rejiminin tələblərinə uyğunlaşdırılıb. Məhz belə bir vaxtda ölkə rəhbərinin təhsilə sərmayə qoyuluşunu artırması, gələcəyin əsas uğurunun təhsillə bağlı olduğunu göstərir. Ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində son illər mühüm işlər görülüb və bu proses davam etməkdədir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Yeni sərəncama əsasən məhz bölgələrdə 26 modul tipli məktəblərin tikintisi və bu məqsədilə Təhsil Nazirliyinə 7 milyon manatın ayrılması nəzərdə tuturlur. Bu sərəncam bütün ölkənin pandemiya bəlasına qarşı mübarizəyə səfərbər olunduğu bir dövrdə belə təhsilin heç bir problemə baxmayaraq, prioritet olması deməkdir.”

Deputat Tamam Cəfərova vurğulayıb ki, təhsil sahəsi daim dövlətin və dövlət başçısının diqqət mərkəzindədir və bu da təbiidir: “Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Artıq 17 ildir ki, cənab Prezidentin təşəbbüsü ilə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib: “Təhsildə islahatlar dərinləşməlidir. Deyə bilərəm ki, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır. Bununla paralel olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır”.

T.Cəfərova onu da qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkədə təhsil müəssisələrinin inşası, təmiri, bərpası və quruculuq işləri davamlı xarakter daşıyır: “Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksəksəviyyəli diqqətinin nəticəsində bu sector da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub”.

Ramid İbrahimov

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »