Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
15 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 15 kiloqramdan artıq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və

psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri

həyata keçirilib.

Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı

rayonunda keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli

bilinən Şəki şəhər sakini Məhərrəm Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı onun

üzərindən 130 qram heroin, 171 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunub. Onun

Qaraçuxur qəsəbəsində yaşadığı evdən isə əlavə 7 kiloqram 66 qram heroin və 1

kiloqrama yaxın tiryək aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində keçirilən növbəti

tədbir zamanı isə Xocavənd rayon sakini Nicat Tağıyev saxlanılıb. Onun üzərində şəxsi

axtarış aparılan zaman 300 qrama yaxın narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən daha bir əməliyyat

zamanı Cəbrayıl rayon sakini Elçin Quliyev tutulub. Onun üzərindən 5 qram heroin, 5

qram tiryək, Abşeron rayonu Digah qəsəbəsində yol kənarında gizlətdiyi yerdən isə 6

kiloqram heroin və 700 qram tiryək aşkar olunaraq götürülüb.

Sonuncu məliyyatlar nəticəsində 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz

dövriyyədən çıxarılıb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı

istintaqa məlum olmayan müxtəlif İran vətəndaşlarının tapşırığı ilə qanunsuz yollarla

Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Bakı şəhərində qəbul

edibr və gizlədiblər. Onlar ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməli

imişlər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb,

adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə

zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
Son xəbərlər
Bütün xəbərlər »