Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM 20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının qrafikini açıqlayıb

20 və 21 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilərsiniz.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti məlumat verib.

İmtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək.

Cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

20-21 avqust 2020-ci il tarixlərində:

• cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları;

• II, III və V ixtisas qrupları üzrə:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

Tarix/İmtahan*

20.08.2020

İmtahan mərkəzləri (cəlb olunan rayonlar)

21.08.2020

İmtahan mərkəzləri (cəlb olunan rayonlar)

Cari və əvvəlki illərin məzunları üçün

 I və IV ixtisas qrupları üzrə qəbul imtahanları

Nəsimi

Səbail

Nizami

Yasamal

Xətai

Xəzər

Sumqayıt (Sumqayıt, Xızı)

Gəncə (Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan)

Qazax-Ağstafa (Qazax, Ağstafa, Tovuz)

Bərdə (Bərdə, Beyləqan, Tərtər, Xocavənd)

Göyçay (Göyçay, İsmayıllı, Ucar)

Lənkəran (Lənkəran, Astara, Lerik)

Salyan (Salyan, Neftçala, Biləsuvar (Mehdili istisna))

Sabirabad (Sabirabad, Mehdili kəndi, İmişli, Füzuli)

Şəki (Şəki, Oğuz, Qəbələ)

Xaçmaz (Xaçmaz, Şabran, Siyəzən)

Binəqədi

Pirallahı

Suraxanı

Nərimanov

Sabunçu

Qaradağ

Abşeron

Mingəçevir (Mingəçevir, Yevlax, Ağdaş)

Şəmkir (Şəmkir, Gədəbəy)

Ağcabədi (Ağcabədi, Ağdam)

Kürdəmir (Kürdəmir, Zərdab, Ağsu)

Masallı (Masallı, Yardımlı)

Cəlilabad (Cəlilabad)

Şirvan (Şirvan, Hacıqabul, Saatlı)

Zaqatala (Balakən, Zaqatala, Qax)

Quba (Quba, Qusar)

Şamaxı (Şamaxı, Qobustan)

Naxçıvan

II, III və V ixtisas qrupları üzrə:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili).

*9 illik orta təhsil bazasından kolleclərə sənəd verən abituriyentlər də yuxarıda qeyd olunan əlavə xarici dil imtahanlarını verəcəklər

Xarici dilini və ya bölməsini dəyişən abituriyentlər bu imtahanlarını avqustun 21-də Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində verirlər. Abituriyentlər imtahandan bir neçə gün əvvəl çap edəcəkləri imtahana buraxılış vərəqəsində imtahan yeri ilə tanış olmalıdırlar

Qeydlər:

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər.

- Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

- İmtahana buraxılış vərəqələri imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. I və IV ixtisas qrupu üzrə imtahan verənlərin buraxılış vərəqələri artıq sayta yerləşdirilib.

- Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşan abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər. Ətraflı məlumat “burada”.

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› Çoban Xanışın iki nəvəsi şəhid oldu
Son xəbərlər
Bütün xəbərlər »