Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaxda tarixi abidə mal-qaranın tapdağı altında qalıb - Foto

Qax rayonunun İlisu kəndində yerləşən yerli əhəmiyyətli tarixi abidə bərbad vəziyyətə düşüb. Divarının hər daşından tarix qoxusu gələn XlX əsrə aid müdafiə kompleksi indi baxımsız durumdadır.

Bizimyol.info xəbər verir ki, söhbət Bürc qalasından gedir.

Qala əvvəllər bu ərazidə inşa olunmuş müdafiə kompleksinin bürclərindən biridir. Bu qala və onun daxili olduğu müdafiə kompleksi Dağıstan ərazisindən olan hücumlardan qorunmaq məqsədini güdüb.

Bürc qalası

Tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunan abidə qəzalı vəziyyətədir. Qalanın mal-qaranın tapdağı altına verilməsi nəticəsində burada onların töküntülərindən üfunət iyi verir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsininə informasiya sorğusu göndərilib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »