Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə-Yunanıstan sürtüşməsindən Fransa yararlanır - Makronun 4 hədəfi

“Türkiyə ilə Yunansıtan arasındakı anlaşmazlıq böyüyərək, getdikcə Fransa-Türkiyə sürtüşməsinə çevrilir”.

Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada siyasi şərhçi Turab Rzayev səsləndirib.

Turab Rzayev Turab Rzayev

Dünən gecə kiçik ərazidə manevr edən yunan və türk gəmiləri toqquşub. Bu yəqin ki,potensial hərbi əməliyyatın ilk məşqi kimi gözə soxulur. Siyasi ekspert bu məqam barədə də danışaraq Makronun Aralıq dənizindəki hədəflərinə diqqət çəkib.

“Fransa prezidenti Makron və müdafiə nazirliyi Aralıq dənizindəki çəkişmədə Yunanıstanın yanında olduğunu açıqladı. Fransa Yunanıstan ilə Krit yaxınlığındakı ortaq tətbiqatlara "Lafayette" gəmisini və 2 qırıcı göndərib. Dünən gecə isə gözlənilməyən baş verib. Kiçik ərazidə manevr edən yunan və türk gəmiləri toqquşub.

Hər iki tərəf kiçik sahəli ərazidə baş verə biləcək bu hadisənin üzərindən sükunətlə keçiblər. Ancaq istər Türkiyənin xarici işlər naziri Mövludoğlu, istərə də prezident Ərdoğan, bu fəaliyyətin cəzasız qalmayacağını bildiriblər. Fransa Aralıq dənizi və Yaxın Şərq uğrunda Türkiyə ilə həyati mübarizə aparır. Türkiyənin Liviyaya müdaxiləsindən sonar, Fransanın dəstəklədiyi general Həftər ordusunun hərbi və ərazi itkilərinə məruz qalması, sülhə razı olması da Fransanın planlarını alt-üst edib. Halbuki, buna qədər Həftər sonuncu şəhəri – paytaxtı ələ keçirmək üzrə idi. İndi isə Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Rusiyanın tam dəstəyinə baxmayaraq, ancaq mövqelərini itirməklə məşğuldur. Beləliklə, Türkiyənin Suriyadan qovduğu, Liviyada həddən artıq zəiflətdiyi Fransa, Şərqi Aralıq dənizində güzəştə getmək istəmir. Görünür ki, Makron Kipr və Livanı özünün qırmızı xətti elan edib. Bəs Makron nəyi hədəfləyir? Onu Türkiyə ilə qarşı-qarşıya, hətta müharibəyə itələyən səbəblər hansılardır:

1) Kiprdə hərbi baza. İngiltərə və ABŞ (NATO) bazalarından asılılığı azaltmaq, mümkünsə bitirmək 2) Şərqi Aralıq dənizinin karbohidrogen ehtiyatlarından pay qoparmaq 3) Şərqi Aralıq dənizində möhkəmlənib, baza kimi istifadə etmək. Suriyadan biabırçı qovulan Makron, bölgədə qalmağı və ehtimal Suriyada və Yaxın Şərqdə hadisələrin ciddiləşdiyində bölgəyə yaxından aktiv müdaxilə imkanı 4) Avropa ordusunu qurmaq. Amerikadan Avropanın hərbi asılılığını azaltmaq, hətta bitirmək istəyən Makron, Şəri Aralıqdakı eskalasiyadan Avropa ordusu qurmaq üçün istifadə etmək istəyir”.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
Son xəbərlər
Bütün xəbərlər »