Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gizli fəaliyyət göstərən uşaq bağçası aşkar edilib

Səbail rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən daha bir uşaq bağçası aşkar edilib.

Bizimyol.info xəbər verir ki, DİN-dən verilən məlumata görə, Səbail rayonu, Lermontov küçəsi 119 ünvanında yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.

Məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana yollanıblar. Baxış zamanı qeyd edilən ünvanda yaşayan Cahan Kərimovanın karantin qaydalarını kobud sürətdə pozaraq bağça təşkil etdiyi məlum olub.

Mənzilə baxış zamanı 10 azyaşlı uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər.

Bağçanın sahibinə polislər tərəfindən ciddi xəbərdarlıq edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, cərimələnib.

Qeyd edək ki, övladlarının sağlamlıqlaını risk altına qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar da cərimə olunublar.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »