Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya 400 ton silah çatdırdı, ermənilər isə yenə Moskvadan narazıdır

Ötən ay Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərin getdiyi, erməni hərbi birləşmələrinin Azərbaycan ordusunun nəzarətindəki strateji yüksəkliyi ələ keçirmək üçün dalbadal həmlələr etdiyi bir vaxtda Rusiyanın Ermənistana tələsik hərbi yüklər çatdırmasına baxmayaraq ermənilər yenə Moskvadan narazıdır. Bu barədə Polşanın Defence24 nəşrinin əməkdaşı Vitold Repetoviçin işğal altındakı Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir. (Azərbaycan XİN-in nəzərinə-Repetoviçin adının “qara siyahıya” salınması ilə məşğul olmaq lazımdır,-red.)

Xatırladaq ki, iyulun 16-dan başlayaraq Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarələri Qazaxıstan, Türkmənistan və İranın hava məkanından keçməklə Ermənistana bir neçə reys həyata keçirib. Təyyarələr Ermənistana “Krasuxa” radioelektron mübarizə vasitələri, “Nebo-M” radar kompleksləri və digər hərbi texnika çatdırıb. Daşınan hərbi yüklərin ümumi həcmi 400 tondan çoxdur. Bu məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev avqustun 12-də rusiyalı həmkarı Vladimir Putinə zəng vuraraq Bakının narahatlığını çatdırıb, izahat istəyib.

Lakin polşalı jurnalistə Qarabağda deyiblər ki, onlar Rusiyanın iyul ayında baş vermiş toqquşmalar zamanı nümayiş etdirdiyi mövqedən narazı qalıblar. “Türkiyə son toqquşmalar zamanı birmənalı şəkildə Azərbaycanı dəstəkləyəndə bir çox ermənilər soruşmağa başladılar: bəs hanı Rusiya, nəyə görə bizə bu cür açıq dəstək vermir?”,-qondarma “dqr hökumətinin” əməkdaşlarından biri deyib.

İşğalçı qüvvələrin zabitlərindən biri isə bildirib ki, əslində Rusiya ilə münasibətlər 2016-cı ilin aprel döyüşlərində Azərbaycanın min hektardan çox ərazini geri almasından sonra korlanmışdı. Həmin eskalasiya zamanı Almaniyada səfərdə olan Serj Sərkisyandan soruşmuşdular: Ermənistanın ən yaxın müttəfiqi kimdir? O isə cavab vermişdi ki, ancaq “sərhədi” qoruyan 18 yaşlı erməni əsgəri.

“Defence24” bildirir ki, qondarma “dqr” rəhbərliyi Kremlin Rusiya sülhməramlılarının regiona yeridilməsi barədə bu yaxınlarda verdiyi təklifi rədd edib. Bu isə guya Rusiyanın 2016-cı il müharibəsindəki mövqeyi ilə bağlıdır.

“Onlar bizim çiyinlərimiz arxasından Türkiyə ilə anlaşa və Qarabağı Azərbaycana verə bilərlər”,-erməni səhra komandirlərindən biri polşalı jurnalistə deyib.

Qondarma rejimin “xarici işlər naziri” Masis Mailyan isə deyib ki, onları ən çox narahat edən məsələ Türkiyənin münaqişəyə birbaşa müdaxiləsi olardı. Lakin onun sözlərinə görə, Ermənistandakı Rusiya hərbi bazası ona görə mövcuddur ki, türklərin müdaxiləsinin qarşısını alsın. “Əgər belə dəstək göstərilməsə Ermənistan rusları öz ərazilərindən çıxaracaq, bu isə Rusiyanın Qafqazdakı nüfuzunun sonu demək olacaq”,-Mailyan deyib.

Onun sözlərinə görə, “dqr”ə birbaşa kömək göstəən yeganə ölkə ABŞ-dır. ABŞ Konqresi hər il Qarabağda bir çox layihələri maliyyələşdirmək üçün vəsait ayırır.

Bir keçmiş səhra komandiri isə deyib ki, türklər artıq Naxçıvanda öz F-16 qırıcılarını yerləşdiriblər. Və variantlardan biri Türkiyənin Naxçıvan üzərindən Ermənistana hücum etməsidir. Hansı ki, bu halda Rusiya Ermənistanı müdafiə etməyə borcludur. Əks halda Ermənistandan Rusiya bazasını qovardılar. Digər variant isə Türkiyə qoşunlarının Gürcüstan ərazisindən keçməklə Azərbaycana köməyə gəlməsidir ki, ermənilər bu variantı ağlabatan saymırlar...(virtualaz.org)

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »