Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Ukraynadan fərqli olaraq Belarusda mitinqi siyasi güclər yox, xalq edir

Belarusda nələr baş verir? Müxtəlif siyasi rəylər bu ölkədə baş verənlər barədə fərqli fikirlər yaradır. Bir zamanlar Rusiyaya qarşı kifayət qədər sərt mövqe sərgiləyən Lukaşenkonu indi Putinin adamı elan edənlər var. Hər zaman Azərbaycana dost mövqe sərgiləmiş Belarusda əslində nələr baş verir? Batyaya nə oldu ki, xalqına qənim kəsildi, hətta ordu və polis belə xalqın sıralarında addımlayası oldu?

Bizimyol.info-nun suallarına siyasi şərhçi Turab Rzayev cavab verir.

Turab Rzayev Turab Rzayev

“Belarus müxalifətinin əsas fərqi mitinqləri XALQIN etməsidir. Ukraynada mitinqlər və kütlə bir neçə güclü mərkəz tərəfindən idarə olunurdu. Hətta Rusiyada belə zəif də olsa müxalifətin bir mərkəzi var. Belarusda isə etirazları sadə xalq edir. Lukaşenko müxalif lideri və onun qərargahının rəhbərlərini ya həbs edib ya ölkədən çıxarıb, artıq 3000-dən çox (6000-dən çox deyənlər də var) etirazçını həbs edib. 3 rəhbər qadından biri seçkidən qabaq, biri seçkidən sonra məcburən xaricə çıxarılıb. Digəri isə o qədər də effektiv təsir imkanına malik deyil. Amma etirazçılar geri çəkilmir, bir-birindən fərqli yöntəmlərlə etirazı davam etdirirlər”,- deyən siyasi şərhçi bu yöntəmləri də açıqlayıb. “Buraya zavod və fabrik tətilləri, qadın yürüşləri, qadınların ön cərgədə düzülüb kişiləri qoruması, açıq toqquşmalar və sairə aiddir. Etirazçıların həm daxili ,və həm də xarici dəstəkçilərinin sayı durmadan artır. Ancaq Belarus hakimiyyəti də geri addım atmır, hətta silah tətbiqi və işgəncələr daxil olmaqla qaba gücdən istifadəni getdikcə artırır. Lukaşenko etirazçıların fəallarını həbs etməklə, digərlərini isə işə düzəltməklə zəiflətmək istəsə də, hələ ki müsbət nəticə əldə edə bilmir.

ABŞ dövlət katibi, müxtəlif konqresmenlər, Avropa təmsilçiləri, Polşa, Çexiya dövlət və hökümət başçıları, Almaniya, Britaniya Xarici İşlər Nazirləri Lukaşenkonun seçkisini tanımadıqlarını bəyan edir. İçərilərində Belarusa qarşı mövcud sanksiyaları sərtləşdirməyə və yeni sanksiyaların tətbiqinə çağıranlar da var.

Polis işçiləri və hətta OMON üzvləri işlərindən istefa verir, demokratik seçkiləri, hətta seçkilərdə qələbə qazanmış Tixanovskayanı dəstəklədiklərini və ona xidmətə hazır olduqlarını nəinki bəyan edirlər. Bəzi keçmiş və indiki zabitlərin hətta çıxışlarının videoyazıları yayılıb.

Bir çox tanınmış jurnalist həbs olunan həmkarlarına və etirazçılara dəstək nümayiş etdirmək üçün mətbuatdan, xüsusilə dövlət televiziyasından istefa verir.

Hətta Belarusun ilk Nobel mükafatçısı Svetlana Aleksiyeviç etirazçılara qarşı polis zorakılığına etiraz edərək Lukaşenkoya nə qədər gec deyil, çıx get deyə müraciət ünvanlayıb”,- deyə o qeyd edib.

Ekspertin fikrinə görə,Belarusiyada baş verənlər “ rus bahar”ının da başlanğıcına çevrilə bilər.

“Belarus hadisələri rus müxalifətini də ruhlandırıb. Ruslar Xabarovskdə həbs olunan qubernator Sergey Furqala azadlıq çağırışı ilə avqustun 15-nə ümumrusiya mitinqi elan ediblər. Ciddi hazırlıqlar gedir. Belarus hadisələrinin Rusiyanın regionlarına, ümumi rusdilli mühitə və hətta MDB məkanına geniş təsiri deyəsən qaçılmaz olacaq. Putinin qorxuları deyəsən reallığa çevrilmək üzrədir”.

İlhamə Rəsulova

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »