Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid general Polad Həşimov və onun silahdaşları ilə bağlı 8 təklif

Şəhid general Polad Həşimovun və onun silahdaşlarının adının əbədiləşdirilməsi üçün imza toplanılır.

Bizimyol.info xəbər verir ki, İctimai Təşəbbüslər Mərkəzinin başlatdığı bu imzatoplama kampaniyasına hazırda 1.607 nəfər qoşulub. Hədəf 2.500 imzadır.

İmzatoplama kampaniyasının iştirakçıları bildirirlər ki, 2020-ci il iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib: “Bu xain hücum nəticəsində Azərbaycan ordusunun general mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev, mayorları Namiq Əhmədov və Anar Novruzov, gizirləri İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə həlak olublar.

Azərbaycan ordusunun general mayoru Polad Həşimov və polkovniki İlqar Mirzəyev ikinci fəxri xiyabanda, digərləri doğulduğu yurldlarında dəfn ediliblər.

Köçkünlərdən SHƏDLƏR diqqət

Biz bu petisiyanı imzalayanlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Tovuz şəhidlərinin adının əbədiləşdirilməsi üçün müraciət edirik.

Petisiyanı imzalayanlar Tovuz şəhidlərinin adının əbədiləşdirilməsi üçün aşağıdakı təklifləri nəzərə alınmasını xahiş edirlər:

1) Həlak olanların hər birinin oxuduğu məktəbə onların adı verilsin və məktəbin qarşısında büstləri qoyulsun.

2) Azərbaycan ordusunun general mayoru Polad Həşimova və polkovniki İlqar Mirzəyevə Azərbaycan Resublikasının Milli Qəhrəmanı adı (ölümündən sonra) verilsin.

3) Azərbaycan ordusunun general mayoru Polad Həşimovun, polkovniki İlqar Mirzəyevin, mayorları Namiq Əhmədovun və Anar Novruzovun Zabitlər Bağında büstləri qoyulsun.

4) Bakı şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycan ordusunun general mayoru Polad Həşimovun və polkovniki İlqar Mirzəyevin adı verilsin.

5) Qəbələ Beynəlxalq Hava Limanı general mayor Polad Həşimov adına adlandırılsın.

6) Azərbaycan bayrağı ilə beynəlxalq sularda üzən gəmilərə general mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev adı verilsin.

7) Bakı Metropolitenin stansiyalarından biri general Polad Həşimov adlandırılsın.

8)Azərbaycan ordusunun mayorları Namiq Əhmədov və Anar Novruzov, gizirləri İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə "Azərbaycan Bayrağı" ordenləri və ya "İgidliyə görə" medalları ilə (ölümündən sonra) təltif edilsinlər.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »