Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev Trampın İranla danışıqlar aparmağa hazır olduğunu bəyan edib

“ABŞ Prezidenti Donald Tramp yeni bir razılaşma əldə etmək üçün İranla danışıqlar aparmağa hazırdır”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ABŞ prezidentinin böyük müşaviri Jared Kuşner Ağ Evdə keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, prezident Tramp bu barədə çox aydın danışıb: “Tramp həmişə insanlarla danışmaqdan məmnundur. O, razılaşmalar üzrə mütəxəssisdir”.

Qeyd edək ki, keçən həftə Tramp növbəti dəfə prezident seçiləcəyi təqdirdə, İran və KXDR ilə çox tez razılığa gələcəyini söyləyib. O, İranın həqiqətən də ABŞ-la razılaşma əldə etmək istəyində olduğunu bildirib.

Son xəbərlər
Bütün xəbərlər »