Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon rəsmi olaraq NUO-larla bağlı işçi qrup yaradır

ABŞ Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri pilotlarının qarşılaşdığı Naməlum Uçan Obyektləri (NUO) araşdırmaq üçün işçi qrupu yaratmaq qərarına gəlib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Yaxın günlərdə rəsmi olaraq yaradılması gözlənilən işçi qrupuna Müdafiə Nazirinin müavini David Norkvistin nəzarət edəcəyi bildirilir.

Qeyd edək ki, iyul ayında naməlum uçan obyektlərlə bağlı ABŞ Konqresində də narahatlıq doğuran fikirlər səsləndirilmişdi.

İkinci Dünya Müharibəsindən sonrakı illər ərzində ABŞ NUO-ları öyrənmək üçün bir neçə dəfə müxtəlif səviyyələrdə qruplar təsis etmişdi.

Xatırladaq ki, aprelin sonunda Pentaqon rəsmi internet səhifəsində "naməlum hadisələri" əks etdirən videolar yerləşdirib. ABŞ Hərbi Dəniz Qüvvələrinin aşkar şəkildə nümayiş etdirdiyi videolardan biri 2004-cü ilin noyabrında, digər ikisi - 2015-ci ilin yanvarında lentə alınıb. Görüntülər 2007 və 2017-ci illərdə Pentaqonun icazəsi olmadan internet vasitəsilə yayımlanmışdı. Onların həqiqiliyi Hərbi Dəniz Qüvvələri tərəfindən təsdiqlənmişdi.

Daha sonra ABŞ Hərbi Dəniz Qüvvələri pilotların 27 iyun 2013 - 13 fevral 2019 tarixlərində NUO-larla qarşılaşmalarını əks etdirən bir neçə hesabat yayımladı.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp iyun ayında çıxışı zamanı 1947-ci ildə Nyu-Meksikoda baş vermiş iddia edilən NUO qəzası ilə əlaqədar bir çox maraqlı şey bildiyini açıqlamışdı.

Son xəbərlər
Bütün xəbərlər »