Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusun daxili işlər naziri xəsarət alanlardan üzr istədi

Belarusda prezident seçkilərinin nəticələrindən narazı qalanlara qarşı zorakılıq tətbiq olunur. Polis qüvvələri 10 minə yaxın etirazçı həbs edib. Yüzlərlə adam xəsarət alıb, ölənlər var.

Bizimyol.info xəbər verir ki, Belarusun daxili işlər naziri Yuri Karayev bütün xəsarət alanlardan üzr istəyib.

Yuri Karayev Yuri Karayev

O, ONT-nin efirində baş verənlərə görə təəssüfləndiyini deyib: “Məsuliyyəti üzərimə götürürəm və etiraz aksiyalarında xəsarət alanlardan üzr istəyirəm”.

Nazirin sözlərinə görə, həbs olunanların hamısı qısa zamanda azad edilməlidir və artıq proses işə düşüb.

Karayev polis əməkdaşlarına jurnalistlərə toxunmamaq əmri verib. O, media nümayəndələri ilə iş məsələsini şəxsi nəzarətinə götürdüyünü bildirib.

Son xəbərlər
Bütün xəbərlər »